Polşa Çexiyanın Ukrayna üçün sursat təşəbbüsünə verdiyi töhfəni ikiqat artıracaq

Polşanın Ukrayna üçün döyüş sursatı almaq təşəbbüsünə verdiyi töhfə ikiqat artırılacaq.

Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Riqada keçirdiyi mətbuat konfransında bildirib.

"Son 48 saat ərzində [ölkə hökuməti] Çexiya təşəbbüsünə töhfəmizi ikiqat artırmaq qərarına gəldi",-deyə Sikorski qeyd edib.

Sikorski konkret hansı məbləğin müzakirə olunduğunu açıqlamayıb.

Mövsüm

Aznews.az