Barselonada İŞİD tərəfdarı həbs edilib

İspaniya hüquq-mühafizə orqanlarının əməkdaşları Barselonada "İslam Dövləti"nin tərəfdarını həbs ediblər.

Bu barədə İspaniyanın Mülki Qvardiyası X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.

“Barselonada İŞİD terror təşkilatı ilə əlaqədə olan bir nəfər həbs edilib”, - məlumatda deyilir.

Mülki Qvardiya izah edib ki, qruplaşma ilə əlaqələrdən əlavə, şübhəlinin həbsinə səbəb onun terrorçu ədəbiyyatı və partlayıcı maddələrin istehsalı üçün təlimatları tərcümə edib yaymasıdır.

Mövsüm

Aznews.az