ABŞ məhkəməsi Texasda miqrasiya əleyhinə qanunu dayandırıb

ABŞ-nin Luiziana ştatının Beşinci Dairə Apellyasiya Məhkəməsi qeyri-qanuni immiqrasiyanın qarşısını almağa yönəlmiş Texas qanunu SB4-ün fəaliyyətini dayandırıb.

Bu barədə Meksikanın xarici işlər naziri Alisiya Barcena X sosial şəbəkəsində məlumat verib.

"SB4 növbəti bildirişə qədər dayandırılacaq",-deyə paylaşımda qeyd edilib.

Barcena əlavə edib ki, apellyasiya məhkəməsi Texasın vəsatətini rədd edib və Meksikanın SB4-ə qarşı arqumentlərinə istinad edib.

Mövsüm

Aznews.az