Almaniya Ukrayna SQ-ə 10 min artilleriya mərmisi təhvil verəcəyini vəd edib

Almaniya tezliklə Ukrayna Silahlı Qüvvələrinin (AFU) əsgərlərinə 10 min artilleriya mərmisi göndərmək niyyətindədir.

Bunu Almaniya Müdafiə Nazirliyinin Kiyevə yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri Kristian Freydinq deyib.

O izah edib ki, 2024-cü ildə Kiyevə yardım göstərmək planı üç mərhələyə bölünüb. Birincisi, Berlin “yaxın günlərdə” ehtiyatlarından 10 min sursat tədarük etmək niyyətindədir.

İkinci mərhələdə ölkə Çexiyanın üçüncü şəxslərdən 180 min mərmi alması və onların Ukrayna ordusuna təhvil verilməsini ödəyəcək və bu il üçün son mərhələdə Berlinin əldə etdiyi daha 100 min mərmi göndərilməsi nəzərdə tutulur.

Mövsüm

Aznews.az