Bişkekdə güclü qasırğa baş verib

Qırğızıstanın paytaxtı Bişkek şəhərini güclü tufan vurub, nəticədə binalar və avtomobillər dağılıb.

Bu barədə "AKIpress" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Bişkekdə baş verən hadisə nəticəsində ağacların aşması səbəbindən bir neçə küçə bağlanıb, trolleybus xətləri də zədələnib. Bu səbəbdən onların hərəkəti müvəqqəti dayandırılıb. Paytaxtın mərkəzi meydanında ölkə bayrağı endirilib.

Həmçinin Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bişkek və Çuy vilayətində küləyin sürəti 24-28 m/s-ə çatıb. Fövqəladə Hallar Nazirliyi yanında Hidrometeorologiya Xidmətindən bildirilib ki, güclü küləklərin fəsadları olan yerlərdə işlər aparılır.

Mövsüm

Aznews.az