Yeni Zelandiyanın yerli Maoriləri balinalara insanlarla eyni hüquqların verilməsini tələb edirlər

Yeni Zelandiyadakı Maori yerli xalqının kralı Tuheitia Potatau te Wherowhero VII, nəsli kəsilmək təhlükəsi ilə üzləşən balinalara onları qorumaq üçün insanlarla eyni hüquqların verilməsini istəyib.

Kral Tuheitia verdiyi yazılı açıqlamada nəhəng dəniz məməlilərinin yaşayış yerlərinin təhlükə altında olduğunu və tədbir görülməsi lazım olduğunu bildirib.

Balinaların əhalisini qorumaq və daha sağlam yaşayış sahələrinə sahib olmaq üçün insanlarla eyni hüquqlara sahib olması lazım olduğunu qeyd edən Kral Tuheitia, bunun onlar üçün qorunma təmin edəcəyini müdafiə edib. Kral Tuheitiyanın açıqlamasını Kuk Adaları Səyahət Başçısı Tou Ariki də paylaşıb.

Mövsüm

Aznews.az