2025-ci ilin sonuna qədər Litva Zokniai aviabazasını hazırlayacaq

Litva Hərbi Hava Qüvvələrinin Zokniai bazasının 2025-ci ilin sonuna kimi Amerika F-35 qırıcılarını qəbul etməyə hazır olması planlaşdırılır.

Bu barədə Litva ordusunun komandanı general Valdemaras Rupşis məlumat verib.

“Ev tapşırığını yerinə yetirdikdən sonra Zokniai aviabazasında beşinci nəsil qırıcıları qəbul edə biləcəyik. İnanıram ki, biz 2025-ci ilin sonuna kimi bunun öhdəsindən gələcəyik”, - deyə Valdemaras Rupşis qeyd edib.

Həmçinin bildirək ki, NATO qırıcıları 2004-cü ildən rotasiya əsasında Zokniai Hava Bazasında yerləşdirilib. Bunun üçün öz təyyarələri olmayan Baltikyanı ölkələrin səmalarını idarə etmək üçün təyyarələr növbə ilə hərəkət edir. 2014-cü ildə missiyanın ikinci hissəsi Estoniyadakı Amari aviabazasında yerləşdirilmişdi.

Mövsüm

Aznews.az