BMT hesabatı: Britaniyada irqi ayrı-seçkilik davam edir

Böyük Britaniyada qaralar və qaraçılara qarşı irqi ayrı-seçkilik və etnik azlıqlara qarşı sistemli irqçilik davam edir.

Bu nəticələr Birləşmiş Krallıqdakı vəziyyətlə bağlı BMT-nin İnsan Haqları Komitəsinin hesabatı üçün hazırlanan materiallarda təqdim olunub.

Sənəddə deyilir: “Komitə qaraçılara, Afrika əsilli insanlara və digər azlıq qruplarına qarşı irqi bərabərsizliklərin və ayrı-seçkilik praktikalarının böyük ölçüdə həll edilmədiyini və dövlət tərəfindən görülən bəzi müsbət tədbirlərə baxmayaraq, artmaqda olduğunu göstərən hesabatlardan narahatdır”.

Xüsusilə, BMT komitəsi Britaniya polisinin Afrika əsilli insanlara və digər etnik azlıqlara qarşı sistemli irqçilik və qeyri-mütənasib və ayrı-seçkilik rəftarından irəli gələn “aydın bərabərsizliklərin” qaldığına dair sübutlardan narahatlığını ifadə edib.

Mövsüm

Aznews.az