Çin XİN: Çin Ukraynada nüvə təhlükəsizliyinə böyük əhəmiyyət verir

Çin Ukraynadakı atom elektrik stansiyalarının təhlükəsizliyinə böyük əhəmiyyət verir və müvafiq riskləri aradan qaldırmaq üçün münaqişənin tezliklə siyasi həllinə çağırır.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian brifinqdə bildirib.

"Çin Ukraynanın nüvə təhlükəsizliyi məsələsinə böyük əhəmiyyət verir. Bu məsələ Ukrayna böhranının aspektlərindən biridir və onun həlli son nəticədə böhransız siyasi həll perspektivlərindən asılıdır", - sözçü bildirib.

O, həmçinin vurğulayıb ki, “yalnız vəziyyətin deeskalasiyasına və sülhün erkən bağlanmasına töhfə verməklə təhlükəsizlik risklərini fundamental səviyyədə həll etmək mümkündür” və bütün maraqlı tərəfləri böhranın həllinə məsuliyyətlə yanaşmağa çağırıb.

Mövsüm

Aznews.az