İsrail ordusu Hizbullah komandirinin müavinini öldürüb

İsrail ordusu öz bəyanatında Hizbullahın yüksək rütbəli komandirinin öldürüldüyünü iddia edib.

Ordudan verilən açıqlamada Hizbullahın raket bölməsinin komandir müavini Əli Abed Əxsan Naim-in Livanın Bəzuriyyə bölgəsinə endirilən hava hücumunda öldürüldüyü açıqlanıb.

Bildirilib ki, Naim Hizbullah liderlərindən biri olub və İsrailə qarşı hücumların planlaşdırılması və icrasına cavabdehlik daşıyıb.

Mövsüm

Aznews.az