Rusiya Şimali Koreyaya qarşı sanksiya auditinə veto qoyub

Rusiya Şimali Koreyanın nüvə silahı və ballistik raket proqramlarına görə BMT-nin uzun müddətdir tətbiq etdiyi sanksiyaların icrasına nəzarət edən ekspertlər qrupunun illik yenilənməsinə veto qoyub.

Rusiyanın məsələ ilə bağlı verdiyi açıqlamada, Moskvanın Şimali Koreyaya qarşı sanksiyalara nəzarət edən panelin yenilənməsinə veto qoymasından sonra BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı köhnə sanksiya şablonlarından istifadə edə bilməyəcəyi bildirilib.

Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında BMT Təhlükəsizlik Şurasında qərara veto qoymağın Rusiyanın maraqlarına uyğun olduğunu bildirib.

Mövsüm

Aznews.az