İsrail Baş Qərargah rəisi: Qəzza zolağına hücumlar davam edəcək

İsrail Baş Qərargah rəisi Herzi Halevi, 7 oktyabrdan bəri on minlərlə ton bombanın atıldığı, 33 mindən çox fələstinlinin ölümünə, 75 mindən çoxunun yaralanmasına səbəb olan Qəzza zolağına hücumların davam edəcəyini açıqlayıb.

İsrailin Baş Qərargah rəisi Herzi Halevinin İsrailin Qəzza zolağına hücumları, Hizbullahla münaqişə və İranla gərginliyə toxunduğu bəyanatı İsrail ordusu tərəfindən dərc edilib.

Halevi iddia edib ki, İsrail ordusu “yaxın və uzaqda İrana qarşı necə effektiv hərəkət edəcəyini və İranla həm hücumda, həm də müdafiədə necə davranacağını bilir”.

Qəzzaya hücumlarının davam etdiyini və onları dayandırmaqdan "çox uzaqda" olduqlarını bildirən Halevi, ölkəsinin Hizbullah ilə qarşıdurmaları ilə bağlı "Hizbullah müharibədə iştirakının əvəzini getdikcə daha çox ödədiyini" müdafiə edib.

Mövsüm

Aznews.az