Delfi: Litva Ukrayna Silahlı Qüvvələrinə M577 zirehli transportyorları tədarük edib

Litva M577 zirehli transportyorlarını Ukrayna tərəfinə verib, onlar aprelin 5-də Ukraynaya təhvil verilib.

Bu barədə "Delfi" məlumat yayıb.

“Ukraynaya dəstəyin davamlı olması bizim strateji hədəfimizdir. Bizim və müttəfiqlərimizin tədarük etdiyi silah və texnika Ukraynanın müstəqillik və bütövlükdə Avropanın təhlükəsizliyi uğrunda mübarizəsinə mühüm töhfə verir. Biz lazım olduğu müddətdə Ukraynaya dəstək verəcəyik”, - deyə Litvanın müdafiə naziri Laurinas Kasciunas bildirib.

Bundan əlavə, nəşr qeyd edib ki, Litva martın əvvəlində Ukraynanı 155 mm-lik sursatla təmin edib və Kiyev üçün mərmilərin alınması üçün 35 milyon avro ayırıb.

Mövsüm

Aznews.az