İordaniya Qəzzaya 52 yük maşını humanitar yardım göndərib

İordaniya ordusu Qəzza zolağına 51 yük maşını ərzaq və təcili humanitar yardım göndərdiyini açıqlayıb.

İordaniya ordusundan verilən açıqlamaya görə, yardım Haşimi İordaniya Xeyriyyə Təşkilatı ilə koordinasiya əsasında həyata keçirilib.

Haşimi İordaniya Xeyriyyə Təşkilatı ilə koordinasiya ilə göndərilən 51 yük maşınının içərisində Qəzza xalqının ehtiyaclarını qarşılamaq üçün ərzaq və yardım materiallarının olduğu və bunların müvafiq qurumlar vasitəsilə Qəzza xalqına paylanacağı bildirilib.

Açıqlamada yardım karvanının hansı sərhədi keçdiyi ilə bağlı məlumat verilməsə də, dərc edilən görüntülərdən yardım maşınlarının işğal altındakı İordan çayının qərb sahili ilə sərhədi olan Kral Hüseyn körpüsündən keçdiyi anlaşılıb.

Mövsüm

Aznews.az