İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib

İsrail ordusunun Livanın cənubundakı qəsəbələrə eyni vaxtda intensiv hava hücumu təşkil etdiyi bildirilib.

Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Livanın cənubunda ən azı 13 dəfə 4 nöqtəni vurub.

İsrail döyüş təyyarələrinin hədəf aldığı bölgələrin Livanın cənubundakı Ayta əl-Şaab, Ramya, Cebel Bolat və Hale Verde olduğu bildirilib.

Mövsüm

Aznews.az