Şolz: “Taurus” raketlərini Kiyevə göndərməmək qərarı dəyişməyib

Almaniya kansleri Olaf Şolz Ukraynaya "Taurus" uzaqmənzilli qanadlı raketlərin verilməsindən imtina ilə bağlı qərarını dəyişmədiyini bildirib.

O, bu barədə məlumat verib.

"Mənim fikrim dəyişməyəcək" deyə o, Britaniyanın baş naziri Rişi Sunak ilə mətbuat konfransı zamanı jurnalistin müvafiq sualını cavablandırıb.

Almaniya kansleri ilk dəfə fevralın 26-da Almaniyanın münaqişəyə cəlb olunma təhlükəsi səbəbindən Ukraynaya Taurus raketlərinin tədarükünə qarşı çıxıb. O, bu qərarı yekun adlandırıb.

Mövsüm

Aznews.az