ABŞ Ukrayna üçün "Lend-Lease" proqramını uzatmağı təklif edib

ABŞ Konqresi Ukrayna üçün İcarəyə verilməsi haqqında qanunun müddətinin uzadılmasına çağırıb.

Bu qanuna əsasən, ölkə prezidenti Co Bayden lazımi hüquqi və kommersiya prosedurları olmadan Ukraynaya və digər dövlətlərə silah ötürə bilər.

Müvafiq qanun layihəsini Respublikaçı senator Con Kornin Konqresə təqdim edib.

Layihə aprelin 18-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə təqdim edilib.

“Ukraynanın arsenalı hər gün azalır və uğur qazanmaq üçün ABŞ və NATO müttəfiqlərimizin daha çox köməyinə ehtiyacı var. Bu qanun Birləşmiş Ştatların maliyyə baxımından məsuliyyətli şəkildə çağırışa cavab verməyə hazır olmasını təmin edəcək və mən həmkarlarımı Ukraynaya suverenliyini qorumağa kömək etmək üçün onu mümkün qədər tez qəbul etməyə çağırıram”, - Con Kornin qeyd edib.

Mövsüm

Aznews.az