Ukraynalıların Almaniyada vaxtı keçmiş pasportla qalmasına icazə veriləcək

Ukraynalı qaçqınlar hətta vaxtı keçmiş pasportla da Almaniyada qala biləcəklər.

Bu barədə "Deutsche Welle" məlumat yayıb.

Qeyd olunur ki, qaçqınlara ölkədə müvəqqəti yaşamaq icazəsinin verilməsi və ya müddətinin uzadılması onların etibarlı pasporta malik olmasını tələb etmir.

“Əsas odur ki, alman hakimiyyət orqanları istənilən yolla həmin şəxsin kimliyini müəyyən etmək imkanına malik olsunlar”, - mesajda deyilir.

Mövsüm

Aznews.az