Fransa polisi Depardyeni təcavüzə görə həbs edib

Fransada hüquq-mühafizə orqanları aktyor Jerar Depardyeni cinsi qısnama ittihamı ilə həbs edib.

Bu barədə "BFMTV" telekanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, aktyor bazar ertəsi səhər polis bölməsində saxlanılıb. O, iki qadına təcavüz etməkdə ittiham olunur. Hadisələrin 2014 və 2021-ci illərdə çəkilən filmlərin - müvafiq olaraq, Sehrbaz və Siam və Yaşıl Panjurların çəkilişləri zamanı baş verdiyi bildirilir.

Mövsüm

Aznews.az