• Qərb
  • 15 May 14:21
  •  2 436

İsveçrə öz ordusunun Aİ-nin hərbi missiyalarında iştirakı prosedurlarını sadələşdirib

İsveçrə öz ordusunun Avropa İttifaqının (Aİ) hərbi missiyalarında iştirakı ilə bağlı prosedurları sadələşdirir.

Bu barədə ölkənin hökumət portalında məlumat verilib.

“Federal Şura Aİ-nin hərbi missiyalarında, böhranların idarə edilməsində və sülhün möhkəmləndirilməsi əməliyyatlarında gələcək iştirak şərtlərini tənzimləmək, habelə inzibati əməkdaşlığı sadələşdirmək qərarına gəlib”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu, İsveçrə qoşunlarının Aİ-nin mülki missiyalarında yerləşdirilməsi prosesini “daha ​​sadə və səmərəli” etmək üçün lazımdır. Avropa İttifaqı ilə bağlanmış FPA (Çərçivə İştirakı Sazişi) İsveçrəyə özünün ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində mülki və ya hərbi missiyada və ya Aİ əməliyyatında iştirak etmək üçün heç bir öhdəlik qoymur.

Mövsüm

Aznews.az