Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsindən azad olunub

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə vəzifəsindən azad olunub.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Bildirilib ki, o, dövlət qulluğunda olmanın son yaş həddinə görə (pensiya yaşına çatdığı üçün -red) işdən çıxarılıb.

Qeyd edək ki, Rasim Səttarzadə 2021-ci ildən bu vəzifəyə təyin olunmuşdu.