“Pravda”: Fikonu vuran şəxsin işi üzrə ilk məhkəmə iclası mayın 18-də keçiriləcək

Mayın 18-də Pezinka şəhərinin İxtisaslaşdırılmış Cinayət Məhkəməsi (İTM) Slovakiyanın baş naziri Robert Fikonun həyatına sui-qəsd ilə bağlı qərar verəcək.

Bu barədə Slovakiyanın “Pravda” nəşri öz saytında məlumat yayıb.

“Təqsirləndirilən Juraj Chintula barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilib. Bu təkliflə bağlı qərarı İxtisaslaşdırılmış Cinayət Məhkəməsi verəcək”, - Slovakiya Baş Prokurorluğunun mətbuat katibi Zuzana Drobova nəşrə bildirib.

Onun sözlərinə görə, iş ibtidai istintaq mərhələsindədir, bu barədə ictimaiyyətə məlumat verilmir.

Mövsüm

Aznews.az