Meksikada mitinqdə səhnənin uçması nəticəsində 6 nəfər ölüb

Meksikanın San-Pedro şəhərinin merliyinə namizəd Lorenia Kannavatinin seçki mitinqində səhnənin bir hissəsinin uçması nəticəsində 6 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb.

Bu barədə “Abc Noticias” qəzeti “Vətəndaş Hərəkatı”ndan ölkə prezidenti postuna namizəd Xorxe Alvares Mainesə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ölənlər arasında azyaşlı da var. Siyasətçi bildirib ki, ölən və yaralananların ailələri hakimiyyətdən kömək alacaqlar.

Mövsüm

Aznews.az