AP: ABŞ mayın 24-də Ukraynaya 275 milyon dollar dəyərində yeni hərbi yardım verə bilər

Mayın 24- də Amerika Birləşmiş Ştatları Ukraynaya 275 milyon dollar məbləğində yeni hərbi yardım paketi ayıra bilər.

Qeyd olunur ki, tədarüklərə 155 mm və 105 mm kalibrli mərmilər, həmçinin HIMARS reaktiv yaylım atəş sistemləri (MLRS) üçün sursatlar daxil olacaq.

“ ABŞ-nin cümə günü (24 may – red.) Kiyevin Xarkov vilayətində rus qoşunlarının hücumunun qarşısını almaqda çətinlik çəkdiyi bir vaxtda Ukraynaya əlavə hərbi yardımı elan edəcəyi gözlənilir”, - nəşr qeyd edib.

Mövsüm

Aznews.az