İtaliya baş nazirinin müavini Makron və Scholz-u Ukrayna ilə bağlı mövqeyinə görə tənqid edib

İtaliyanın baş nazirinin müavini, infrastruktur və nəqliyyat naziri Matteo Salvini Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsu Ukrayna ilə bağlı son bəyanatlarına və bu ölkənin Rusiyadakı hədəflərə qarşı Qərb silahlarından istifadə etməsinə icazə vermə ehtimalına görə kəskin tənqid edib.

"Bir daha Makron və Şolz Ukraynaya özünümüdafiə üçün göndərilən silahların Rusiya ərazisinə zərbə endirmək üçün istifadə oluna biləcəyini iddia edərək, bütün Avropa vətəndaşları adından qərar verirlər. Bu, real liderlərin qaçmalı olduğu eskalasiyadır. "Liqa (partiya - ) və İtaliya hökuməti planetar miqyasda müharibəyə yox deyir”, - o, X səhifəsində bildirib.

Salvini dəfələrlə İtaliyanın münaqişənin genişlənməsinə qarşı olduğunu bəyan edib. Belə ki, o, Rusiyaya zərbələr endirməyi ilk təklif edən NATO-nun baş katibi Yens Stoltenberqi, eləcə də belə bir qərara icazə verən Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Cozef Borrell-i tənqid edib.

Mövsüm

Aznews.az