- Dünyanın halı
- 4 İyun 2024 15:50
- 3 051
Niderland Fələstinlə təhlükəsizlik sazişi imzalayıb

Niderland Fələstinlə təhlükəsizlik üzrə əməkdaşlıq müqaviləsi imzalayıb.
“AzNews.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Niderland hökumətinin bəyanatında deyilir.
Məlumata görə, bu təşəbbüs çərçivəsində ölkələr terrorizmlə mübarizə, axtarış-xilasetmə əməliyyatlarında məlumat mübadiləsi və s. aparacaq.
Sənəd Niderlandın müdafiə naziri Kaysa Ollonqren və Fələstinin daxili işlər naziri Ziyad Habb ər-Rix tərəfindən imzalanıb.
“Biz müxtəlif təşəbbüsləri araşdırırıq. Çünki Fələstinin güclü təhlükəsizlik sektoru sabitliyə, təhlükəsizliyə və davamlı sülhə töhfə verir”, - Niderlandın müdafiə naziri bildirib.