- Dünyanın halı
- 5 İyun 2024 20:10
- 2 887
Quterreş: İqlim məsələsində həll yolu deyil, təhlükə bizik

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş insanların təkcə iqlimlə bağlı təhlükədə deyil, həm də təhlükə yaratdığını bildirərək, həll yolunun insanlarda olduğunu bildirib.
“Ümumdünya Ətraf Mühit Günü” münasibəti ilə Quterreş Nyu Yorkdakı Amerika Təbiət Tarixi Muzeyində “İqlim haqqında həqiqətlə üz-üzə gəlməyin vaxtıdır” adlı çıxış edib.
Planetin insanlara mesaj verməyə çalışdığını, lakin mesajın eşidilmədiyini və qlobal istiləşmənin artdığını ifadə edən Quterreş, “Həqiqətlə üz-üzə gəlməyin vaxtıdır” deyib.
Quterreş qlobal istiləşmə həddini 1,5 dərəcədə saxlamaq üçün qlobal emissiyaların hər il 9 faiz azaldılması lazım olduğunu vurğulayıb.
Mövsüm
Aznews.az