Stoltenberq: NATO öz qüvvələrini Ukraynada yerləşdirmək fikrində deyil

Şimali Atlantika Alyansı öz ordusunu Ukraynaya göndərməyi və ya orada qüvvələr yerləşdirməyi planlaşdırmır.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq məlumat verib.

Alyansın baş katibi Helsinkidə Finlandiya prezidenti Aleksandr Stubbın da daxil olduğu mətbuat konfransında deyib: “NATO-nun Ukraynaya qoşun göndərmək planı yoxdur, bunun əvəzinə biz diqqəti Ukraynaya daha institusional dəstək sistemi yaratmağa yönəldirik”.

Onun sözlərinə görə, hazırda NATO daha çox Ukraynaya maliyyə dəstəyinə diqqət yetirir.

“Son aylarda biz Ukraynaya hərbi yardımın çatdırılmasında bəzi boşluqlar və gecikmələr gördük. Biz bunun bir daha təkrarlanmamasını təmin etməliyik, ona görə də biz hazırda Ukrayna üçün NATO missiyası yaratmağa çalışırıq”, - deyə o bildirib.

Mövsüm

Aznews.az