Netanyahu iyulun 24-də ABŞ Konqresinin birgə iclasında çıxış edəcək

İsrailin baş naziri Benyamin Netanyahu iyulun 24-də ABŞ Konqresinin birgə iclasında çıxış edəcək.

Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson məlumat verib.

“Biz İsrail hökumətinin demokratiyanın müdafiəsi, terrorla mübarizə və regionda ədalətli və davamlı sülhün bərqərar olması ilə bağlı baxışlarını eşitməyi səbirsizliklə gözləyirik”, o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Mövsüm

Aznews.az