Livan mediası: İsrailə məxsus PUA ölkənin cənubunda vurulub

İsrail ordusuna məxsus "Hermes 900 tipli" pilotsuz uçuş aparatının (PUA) Livanın cənubundakı bir bölgədə vurulduğu açıqlanıb.

Livan mətbuatında dərc olunan xəbərlərə görə, Livanın hava məkanını pozan İsrailə məxsus PUA cənubdakı Reyhan bölgəsində vurulduqdan sonra yerə düşüb.

Hizbullah açıqlamasında PUA-nı vurduğunu təsdiqləsə də, hadisədə hava hücumundan müdafiə silahlarından istifadə etdiyini bildirib.

İsrail ordusu Livan ərazisində bir PUA-nın yer-hava raketi ilə vurulduğuna dair yazılı açıqlama yayıb.

Bildirilir ki, “Hizbullah” bundan əvvəl də İsrailin PUA-larını “yer-hava” tipli raketlərlə vurub.

Mövsüm

Aznews.az