Niger ​​məhkəməsi keçmiş prezident Məhəmməd Bazumun toxunulmazlığını ləğv edib

Niger əyalət məhkəməsi ötən ilin yayında hakimiyyətdən uzaqlaşdırılan ölkənin keçmiş prezidenti Məhəmməd Bazumun toxunulmazlığından məhrum edib.

Bu barədə "France 24" məlumat yayıb.

Məhkəmənin sədri Abdou Dan Galadim, "Məhkəmə cənab Məhəmməd Bazoumun toxunulmazlığının ləğvinə qərar verdi",-deyə qeyd edib.

Eks-prezident “dövlətin təhlükəsizliyinə və hakimiyyətinə qəsd etmək”də, dövlətə xəyanətdə, terrora haqq qazandırmaqda və maliyyələşdirməkdə ittiham olunur. Bundan başqa, devrilmiş lider Fransa prezidenti Emmanuel Makron və ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb, onlara silahlı müdaxilə yolu ilə dəstək vermələrini xahiş etməkdə ittiham olunur.

Mövsüm

Aznews.az