Moldova prezidenti Aİ-yə daxil olmaq üzrə danışıqların başlanması haqqında fərman imzalayıb

İyunun 21-də Moldova prezidenti Maia Sandu Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqların başlanması haqqında fərman imzalayıb.

“Moldova Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirib. Beləliklə, namizəd statusunu aldıqdan iki il sonra Moldova və Aİ arasında ilk hökumətlərarası konfrans iyunun 25-də keçiriləcək və bu, üzvlük danışıqlarının başlanğıcını qeyd edəcək”, - prezident özünün "Facebook" səhifəsində yazıb.

Sandu həmçinin qeyd edib ki, Baş nazirin Avropaya inteqrasiya üzrə müavini Kristina Gerasimova Kişinyov üzrə danışıqların baş rəhbəri təyin edilib.

Mövsüm

Aznews.az