Cənubi Koreya ilə ABŞ arasında logistika təlimi başlayıb

Cənubi Koreya və ABŞ orduları logistika imkanlarını təkmilləşdirmək və bölmələrin döyüş bacarıqlarını qorumaq üçün birgə logistik təlimə başlayıb.

Yonhap-ın məlumatına görə, Cənubi Koreya Baş Qərargahı (JCS) təxminən 2 min Cənubi Koreya və ABŞ əsgərinin iştirakı ilə ölkənin müxtəlif bölgələrinə material, personal və avadanlıq paylanması üçün təlimin başladığını açıqlayıb.

Logistika təliminin 5 gün davam edəcəyini açıqlayan JCS, bu təlimdə döyüş qabiliyyətini qorumaq niyyətində olan hərbi hissələrin “real əməliyyat bölgələrində” təlim keçəcəyini bildirib.

Cənubi Koreya ordusu və ABŞ hərbçiləri birgə əməliyyat imkanlarını inkişaf etdirmək üçün iyunun 3-də 5 günlük çay keçidi təlimi keçirib.

ABŞ ordusunun B-1B bombardmançı təyyarəsi iyunun 5-də Cənubi Koreyada 7 ildən sonra ilk dəfə birgə hava təlimində iştirak edib.

Mövsüm

Aznews.az