BCM-in İstintaq Palatası Şoyqu və Gerasimov barəsində həbs qərarı çıxarıb

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) məhkəməyə qədərki kollegiyası keçmiş müdafiə naziri, Rusiya Təhlükəsizlik Şurasının sədri Sergey Şoyqu və Rusiya Ordusunun Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.

Bu, ICC-nin press-relizində bildirilib.

Məlumata görə, Şoyqu və Gerasimov Ukrayna ərazisində hərbi cinayətlər törətməkdə ittiham olunurlar .

Bununla belə, orderlərin məzmunu şahidlərin müdafiəsi üçün məxfiləşdirilib.

Mövsüm

Aznews.az