Pakistanda mülki şəxslərə əl qumbaraatanları ilə hücum: 1 ölü, 10 yaralı

Pakistanın Bəlucistan əyalətində otelin qarşısında oturan insanlara əl qumbarasının atılması nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bəlucistan əyalətinin paytaxtı Kvettada separatçı Bəlucistan Azadlıq Ordusu (BLA) otelin önünə qumbaraatan hücumu həyata keçirib.

Polis hücumda 1 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını açıqlayıb. Səhiyyə rəsmiləri yaralıların müalicə altına alındığını bildiriblər.

Qumbara atma ölkənin müstəqilliyinin ildönümünü qeyd etdiyi günlərdə Kvettada həyata keçirilən üçüncü hücumdur.

Mövsüm

AzNews.az