Hindistanda dəhşət: İKİNCİ SİNİF ŞAGİRDİNİ RİTUAL ÜÇÜN QURBAN ETDİLƏR

Hindistanda dövlət məktəbinin işçiləri ikinci sinif şagirdini ayinlə öldürməkdə günahlandırılıblar.

Bu barədə The Economic Times xəbər verib.

Polisin məlumatına görə, bu, sentyabrın 22-də Hathras şəhərində (Uttar Pradeş) məktəb yataqxanasında baş verib. Məktəb direktoru, atası və üç müəllimi də daxil olmaqla 5 nəfər təhsil müəssisəsinə güya “uğur və şöhrət” gətirmək üçün uşağı boğaraq öldürüb.

Uşağın meyitini onun sinif yoldaşları və cinayətdə əli olmayan işçilər aşkar ediblər.

Mövsüm

AzNews.az