TÜRKPA-nın “Türk Əsri: parlament diplomatiyasının rolu” mövzusunda plenar iclası keçiriləcək

Qazaxıstanın paytaxtı Astanada iyunun 11-12-də TÜRKPA-nın “Türk Əsri: parlament diplomatiyasının rolu” mövzusunda 14-cü plenar iclası keçiriləcək.

Tədbir Qazaxıstan Parlamentinin ev sahibliyində baş tutacaq.

14-cü plenar iclasda üzv və müşahidəçi dövlətlərin parlament nümayəndə heyətlərinin, o cümlədən beynəlxalq təşkilatların, türk əməkdaşlıq təşkilatlarının və digər tərəfdaş qurumların nümayəndələrinin iştirakı gözlənilir.

Tədbir çərçivəsində həmçinin Assambleya Şurasının iclası, Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun iclasları, TÜRKPA üzv parlamentlərinin baş katiblərinin iclası keçiriləcək.