Azərbaycan bu il 10-dan çox ölkəyə 2,5 mlrd. dollarlıq neft ixrac edib - SİYAHI

Bu ilin yanvar-mart aylarında Azərbaycan İtaliyaya 1 614 411,76 min ABŞ dolları dəyərində 3 273 515,13 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Aznews.az-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (dəyərinə görə - red.) ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 184 328,19 min dollar dəyərində 355 470,34 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda (dəyərinə görə) üçüncü yerə Rumıniya tutur. Yanvar-mart aylarında bu ölkəyə 178 619,93 min dollar 372 051,77 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 10-dan çox ölkəyə 2 500 709,51 min dollarlıq 5 077 834,33 ton neft ixrac edib.

Aznews.az Azərbaycanın bu ilin yanvar-mart aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin dəyərinə görə) təqdim edir:

Ölkələr

Statistik dəyər (min ABŞ dolları)

Miqdar (ton)

-

Cəmi

2 500 709.51

5 077 834.33

1

İtaliya

1 614 411.76

3 273 515.13

2

Çexiya

184 328.19

355 470.34

3

Rumıniya

178 619.93

372 051.77

4

Almaniya

127 484.41

270 476.00

5

Portuqaliya

112 357.89

223 549.41

6

Tunis

94 503.37

183 708.58

7

Bolqarıstan

67 865.34

130 821.20

8

Xorvatiya

40 819.95

86 166.17

9

Türkiyə

25 891.25

56 030.91

10

Fransa

24 140

61 000.04

11

Digərləri

30 287.43

65 044.78