İsrail ordusu İranda SEPAH komandirinin məhv edildiyini elan edib

İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Respublika Silahlı Qüvvələrinin elit bölmələri) Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə İranda yeraltı komandanlıq mərkəzinə gecə ərzində endirilən zərbələr zamanı öldürülüb.

Bəyanat departamentin Telegram kanalında dərc olunub.

“Birləşmiş zərbənin bir hissəsi olaraq, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr digər yüksək rütbəli rəsmilərlə birlikdə SEPAH Hərbi Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadənin də yerləşdiyi komanda mərkəzinə zərbələr endirib”.

Mövsüm

Aznews.az