- Dünyanın halı
- 21 İyul 15:09
- 1 037
Banqladeşdə təyyarə qəzası baş verib: yaralılar var

Banqladeşdə təlim təyyarəsi qəzaya uğrayıb.
Ən azı 50 nəfər müxtəlif dərəcəli xəsarətlər və yanıq izləri alıb – hadisə Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin ölkənin paytaxtı Dəkkədə yerləşən kollec ərazisinə düşməsi və sonrakı yanğın nəticəsində baş verib.
Bu barədə 21 iyul tarixində Dhaka Tribune nəşri məlumat yayıb.
“Təlim təyyarəsinin Dəkkənin Uttara bölgəsində qəzaya uğramasından sonra 50-dən çox nəfər Yanıq və Plastik Cərrahiyyə üzrə Milli İnstituta çatdırılıb. Onların şəxsiyyətləri hələ müəyyənləşdirilməyib, lakin əksəriyyətinin tələbə olduğu bildirilir”, – deyə məlumatda qeyd olunur.
Bildirilib ki, yanğınsöndürmə xidməti insident nəticəsində azı bir nəfərin həyatını itirdiyini təsdiqləyib. Hadisə yerində xilasetmə işləri davam edir.
Mövsüm,
AzNews.az