- Dünyanın halı
- 30 Oktyabr 20:42
- 1 527
Yermak: Kanada Ukraynaya raket sistemi komponentləri verir
Kanada Ukraynaya raket sistemi komponentləri verir.
Aznews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin aparatının rəhbəri Andrey Yermak özünün teleqram kanalında deyib.
"Kanadanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Nataliya Tsmots ilə məhsuldar görüş keçirdim... Son razılaşmalar çərçivəsində Kanada Ukraynaya qış avadanlıqları, raket sistemi komponentləri verir və "dron koalisiyası" fonduna ianə verir", - o, hansı komponentlərdən söhbət getdiyini göstərmədən yazıb.
Bundan əlavə, Yermak bildirib ki, tərəflər Ukraynanın vacib infrastrukturunun qorunması, enerjinin bərpası və humanitar məsələləri müzakirə ediblər.