- Dünyanın halı
- 31 Oktyabr 17:00
- 1 691
Nigeriyada çevriliş cəhdi iddiaları: Həbs edilənlərin sayı artır
 
            Nigeriyada çevriliş cəhdi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanların sayı artır. Yerli mediaya danışan və adının açıqlanmasını istəməyən hərbi mənbə indiyədək 42 nəfərin həbs edildiyini bildirib.
Mənbə qeyd edib: “İştirakın miqyasını və bunun sadəcə şayiə, yoxsa konkret plan olub-olmadığını müəyyən etmək üçün dindirmələr davam edir.”
General və polkovnik də daxil olmaqla 16 hərbçi ittiham olunub
Sahara Reporters qəzetinin 19 sentyabr tarixli məlumatına görə, aralarında bir tuğgeneral və bir polkovnikin də olduğu 16 hərbçi, Prezident Bola Ahmed Tinubunu devirmək məqsədilə çevriliş planlaşdırmaqda ittiham edilmişdi.
İstintaq komissiyası yaradılıb
Adının açıqlanmasını istəməyən başqa bir hərbi mənbə bildirib ki, çevriliş cəhdi ilə əlaqəsi olduğu düşünülən hərbçilər ordunun nəzarətinə alınıb. Hadisə ilə bağlı araşdırma aparmaq üçün təxminən 20 zabitdən ibarət xüsusi komissiya yaradılıb.
Hökumət “əsassız” adlandırdı, komandirlər dəyişdirildi
Nigeriya hökuməti Tinubuya qarşı çevriliş planlandığı iddialarını “əsassız” kimi qiymətləndirib. Bununla belə, 24 oktyabrda Prezident Tinubu Baş Qərargah rəisi də daxil olmaqla bir çox yüksək rütbəli komandiri vəzifədən azad edib və ordunun rəhbərliyində dəyişiklik aparıb.
Mövsüm,
AzNews.az
 
                 
                             
                             
                             
                             
                             
                            