İsrail Livanda Hizbullah zabitinin öldürüldüyünü açıqlayıb

İsrail Müdafiə Qüvvələri (IDF) Livan Hizbullahının lideri İbrahim Məhəmməd Raslanı Livanın cənubunda məhv edib.

Bu barədə “The Jerusalem Post” məlumat yayıb.

"İDF-nin məlumatına görə, zabit Livanın həmin ərazisində "Hizbullah" infrastrukturunu bərpa edirdi. Terrorçunun hərəkətləri İsrail dövləti və onun mülki əhalisi üçün təhlükə yaradıb və İsrail ilə Livan arasında razılaşmaların pozulması deməkdir".

Həmçinin bildirək ki, İsrailin Təhlükəsizlik Kabineti və təhlükəsizlik rəhbərləri cümə axşamı axşam baş nazir Benyamin Netanyahu ilə Livanda Hizbullahın güclənməsini müzakirə ediblər.

Mövsüm,

AzNews.az