- Dünyanın halı
- 19:02
- 1 497
İsrail atəşkəsə baxmayaraq yenidən Livana zərbə endirib
İsrail əsgərlərinin gecə saatlarında Livan sərhədi yaxınlığındakı Hula qəsəbəsinə basqın etdiyi bildirilir.
Basqın zamanı Hizbullahın istifadə etdiyi iddia edilən bir çox binanın partlayıcılarla dağıdıldığı bildirilib.
İsrail ordusu Hula əməliyyatı zamanı bir çox binanın partlayıcılarla dağıdıldığı anların görüntülərini ictimaiyyətlə paylaşıb.
Livanın rəsmi xəbər agentliyi NNA xəbər verib ki, İsrail əsgərləri gecə saatlarında Hula yaxınlığındakı Aytarun qəsəbəsinə sızaraq 4 binanı partladıblar.
İsrail ordusunun 2024-cü ilin noyabrında imzalanan atəşkəs razılaşmasına baxmayaraq, Livana hücumlarını davam etdirdiyi bildirilir.
İsrailin indiyədək atəşkəsi 4500-dən çox dəfə pozduğu və bu hücumlarda yüzlərlə dinc sakinin öldüyü və yaralandığı vurğulanıb.
Mövsüm,
AzNews.az