Pakistanda məhkəmə qarşısında törədilən partlayışda 12 nəfər ölüb

Pakistanın İslamabad şəhərində məhkəmə binası yaxınlığında partlayış baş verib, 12 nəfər ölüb.

Bu barədə “Geo News” məlumat yayıb.

"Federal paytaxtda Kaçehri məhkəməsi yaxınlığında baş verən partlayışda azı 12 nəfər həlak olub", - hesabatda deyilir.

Hadisə nəticəsində daha 21 nəfərin yaralandığı bildirilib. Polisin məlumatına görə, partlayıcı qurğu məhkəmənin yaxınlığında dayanmış avtomobildə işə düşüb. Xəsarət alanlar arasında ərizəçilər və vəkillər də var. Hadisədən sonra məhkəmə binası boşaldılıb.

Mövsüm,

AzNews.az