- Dünyanın halı
- 19:15
- 1 302
Uşakov: ABŞ sülh planının bir çox müddəaları Rusiya üçün məqbuldur
ABŞ-nin Ukrayna ilə bağlı sülh planının bir çox bəndi Rusiya üçün məqbul görünür.
Aznews.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.
"Bizə bir variant təqdim olunub, hansı ki Alyaskada əldə olunmuş anlaşmaların məntiqinə uyğundur. Buna görə də hamısı yox, amma bu planın bir çox müddəaları bizə tamamilə məqbul görünür," – deyə o qeyd edib.
Uşakov, eyni zamanda vurğulayıb ki, sənəddə təxminən 28 bənd var və onların əhəmiyyətli hissəsi ətraflı müzakirə tələb edir: "Digər müddəalara gəldikdə, bu bəndlər tərəflər arasında ən detallı müzakirə və baxış tələb edir, lakin bu məsələ bizimlə hələ müzakirə olunmayıb".
Prezidentin köməkçisi, həmçinin əlavə edib ki, Kreml Avropa sülh planı ilə tanışdır, lakin onun müddəaları Rusiyaya uyğun gəlmir. Bununla yanaşı, o güman edir ki, ABŞ yaxın vaxtlarda Moskva ilə birbaşa təmas quraraq detalları müzakirə edə bilər, baxmayaraq ki, konkret razılaşmalar hələ yoxdur.