- Mahal
- 20:16
- 1 088
Sadiq Əliyev Gəncədə vətəndaşları qəbul edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev noyabrın 24-də Gəncə şəhərində sakinləri qəbul edib.
AzNews.az xəbər verir ki, qəbulda səsləndirilmiş müraciətlər, əsasən, işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma və qurumun fəaliyyətinə aid digər sahələrlə bağlı olub.
Vətəndaşlara məşğulluq tədbirlərinin icrası qaydaları və qanunvericiliyin tələbləri izah edilib, müraciətlərdə qeyd edilən məsələlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.
AzNews.az