- Qərb
- 18:49
- 1 046
Belçikada hökumətin qənaət siyasətinə qarşı üç günlük ümummilli tətil başladı
Belçikada işçilər hökumətin qənaət və kəmərsıxma siyasətlərinə etiraz olaraq üç günlük tətilə başlayıb. Aksiyalar həm dövlət, həm də özəl sektorda həyatı demək olar ki, iflic edib.
“Noyabr Çağırışı” adlı tətil proqramına görə:
24 noyabr: Dəmir yolu və ictimai nəqliyyat əməkdaşları
25 noyabr: Dövlət qurumlarının əməkdaşları
26 noyabr: Bütün sahələri əhatə edən ümumi tətil
Tətil günləri ərzində xüsusilə nəqliyyat və dövlət xidmətlərində ciddi ləngimələr və çətinliklər yaşanacağı gözlənilir.
Mövsüm,
AzNews.az