Yaponiya Çinlə yaranmış gərginlik fonunda ABŞ-dən açıq dəstək istəyib

Yaponiya Tayvan məsələsi ilə bağlı Çinlə yaranmış gərginlik fonunda ABŞ-dən açıq dəstək istəyib.

Aznews.az xəbər verir ki, bunu "Financial Times" qəzeti mənbələrə istinadən yazıb.

Məqalədə qeyd olunur ki, Yaponiyanın ABŞ-dəki səfiri Siqeo Yamada Donald Tramp administrasiyasından Tokioya açıq dəstəyin gücləndirilməsini xahiş edib.

Bildirilir ki, bu müraciət Yaponiyanın baş naziri Sanae Takaitiyə Çin hakimiyyəti tərəfindən yönələn tənqidlərdən sonra səsləndirilib. Həmin vaxt Çin iqtisadi sanksiyalarla hədələyib və vətəndaşlarını Yaponiyaya səfərlərdən çəkinməyə çağırıb.