Pakistanda avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Pakistanın Çakval mahalının Dhok Patan bölgəsində sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində azı beş nəfər ölüb, daha 27 nəfər yaralanıb.

Aznews.az xəbər verir ki, İlkin məlumata görə, İslamabaddan Kəraçiyə gedən avtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılıb. Yaralılar xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.